İspaniyanın Avropa İttifaqına sədrliyi dövründə - yaxın altı ayda Ukraynada mühüm hadisələrin baş verməsi gözlənilir.
Qaynarinfo xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell RTVE telekanalında
bildirib.
"İspaniyanın sədrliyi dövründə Ukraynada hadisələrin həm döyüş meydanında, həm də bu və ya digər dərəcədə müharibənin dayandırılmasına yönəlmiş gizli danışıqlarda inkişafı üçün çox vacib şeylər baş verəcək”, deyə Aİ diplomatiyasının rəhbəri qeyd edib.
Borrell əmin edib ki, indi başlayan altı ay ərzində İspaniya sədrliyi Ukraynanın Aİ-yə mümkün üzvlüyünə kömək edəcək. Lakin o, üzvlüklə bağlı rəsmi sülh danışıqlarının başlanması imkanını müzakirə etməkdən imtina edib.
Aydın