Xəbər lenti

Yaxın aylarda bir milyon insan koronavirusdan ölə bilər
Dünya07:40 07.12.2022

Yaxın aylarda bir milyon insan koronavirusdan ölə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Wigram Capital Advisors analitikləri, ölkə hakimiyyətinin məhdudiyyətləri aradan qaldırmağa davam edəcəyi təqdirdə Çində COVID-19-dan 1 milyon insanın öləcəyini proqnozlaşdırır.
Qaynarinfo bu barədə "Financial Times"a istinadla xəbər verir.
Çin hakimiyyətinin uzun müddətdir ki, koronavirusa qarşı "sıfır tolerantlıq" siyasətini dəstəkləməsinə baxmayaraq, vətəndaş etirazlarının alovlanması rəsmiləri məhdudiyyətlərə münasibəti yenidən nəzərdən keçirməyə məcbur edib.
Bununla əlaqədar olaraq, ÇXR kütləvi testləri, dövlət karantini və kontaktların izlənilməsini ləğv edib.
Buna baxmayaraq, analitiklər əmindirlər ki, səlahiyyətlilərin bu cür davranışı martın ortalarında virusdan gündəlik ölüm nisbətinin 20 min nəfər səviyyəsində olacağına, hər gün 70 min insanın xəstəxanaya yerləşdirilməsinə səbəb olacaq. Ekspertlər hesab edir ki, Çin səhiyyə sistemi sadəcə olaraq belə bir yükün öhdəsindən gələ bilməyəcək.
Alpər