Xəbər lenti

Yaxın Şərq üçün kollektiv təhlükəsizlik konsepsiyası niyə yaradılmır? (ŞƏRH)
Dünya 11:27 24.07.2025

Yaxın Şərq üçün kollektiv təhlükəsizlik konsepsiyası niyə yaradılmır? (ŞƏRH)

"Bölgədə cərəyan edən dinamika göstərir ki, İsrailin siyasəti daha aqressiv xarakter alarsa, Yaxın Şərqin bölgə dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq ehtimalları da artacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Tehranın Yaxın Şərq ölkələri ilə birgə kollektiv təhlükəsizlik konsepsiyasının yaradılması üzərində işləməyə hazır olduğu barədə İran prezidenti Məsud Pezeşkianın bəyanatını şərh edərkən deyib.

Ekspert qeyd edir ki, İran ilə İsrail arasında baş verən son qarşıdurmalar zamanı Tehranın göstərdiyi dayanıqlıq və xüsusilə ballistik raket sistemləri vasitəsilə İsrailə müəyyən xəsarətlər yetirməsi, regionda onun "real güc" kimi imicini bir qədər gücləndirib:

"Birləşmiş Ştatların bəzi cavab zərbələrinə baxmayaraq, İran öz nüvə proqramının əsas hissəsini qorumağı bacarıb ki, bu da onun strateji iradəsini nümayiş etdirir. Bu prosesin ardınca Türkiyə xarici işlər naziri Hakan Fidanın Tehranla təmas qurması da diqqət çəkib. İsrail, hərbi hava qüvvələri və ABŞ kimi güclü müttəfiqə sahib olması ilə bölgənin dominant güclərindən biridir".
 


Ekspertin fikrincə, Təl-Əvivin genişlənmə siyasəti, xüsusilə Qəzza zolağında bəzi ərazilərin ilhaqına yönəlik qanunveri təşəbbüsləri, ərəb ölkələrində ciddi narahatlıq doğurur:

"Hərçənd, bu ölkələr ideoloji və siyasi baxımdan İranla ziddiyyət içindədir, lakin İsrailin hərbi gücünün artması onların təhlükəsizliklə bağlı narahatlığını daha da aktuallaşdırır".

Bu kontekstdə, konfliktoloq düşünür ki, yaxın perspektivdə olmasa da, uzaq gələcəkdə İran, Türkiyə və bəzi ərəb dövlətlərinin müəyyən kollektiv müdafiə strukturlarında əməkdaşlığa getməsi ehtimalı da istisna edilməməlidir. Azər Hüseynova görə, bu istiqamətdə əsas maneələrdən biri Türkiyənin NATO üzvü olması və Qərblə əlaqələrinin yaratdığı balans zərurətidir. 

Qeyd edək ki, İran rəhbərliyi Yaxın Şərq ölkələri ilə birgə kollektiv təhlükəsizlik konsepsiyasının yaradılması üzərində işləməyə hazır olduğunu bəyan edib. Bu barədə mətbuata açıqlama ilə İran Prezidenti Məsud Pezeşkian çıxış edib. Onun sözlərinə görə İran bu istiqamətdə ərəb ölkələrilə burgə addım atmağa tam hazırdır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->