Xəbər lenti

Yaxın Şərq "yanır": ABŞ İsrail ərazisinə istənilən hücumu dəf etməyə hazırdır
Dünya08:20 13.04.2024

Yaxın Şərq "yanır": ABŞ İsrail ərazisinə istənilən hücumu dəf etməyə hazırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail ordusunun Dəməşqdəki İran konsulluğuna hücumundan sonra iki ölkə arasında gərginlik artan xətt üzrə davam edir. İran bu addıma sərt şəkildə cavab verəcəyini bildirib. Dünya mediası İsrail ərazisindəki hərbi obyektlərin hədəf olacağənı bildirib. ABŞ isə İsrailə ərazisindəki istənilən hücumun qarşısını almağa kömək etməyə hazırdır. 
Qaynarinfo xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
"ABŞ-ın İsrailə atılan raketləri məhv etməyə hazır olması iki ölkənin hərbçiləri arasında davam edən əməkdaşlığın səviyyəsinin bariz göstəricisidir", deyə telekanal bildirib.
CNN-nin mənbələrinə görə, ABŞ İranın pilotsuz təyyarələr və qanadlı raketlər də daxil olmaqla, ölkə daxilinə hərbi qüvvələrini yeritmək planından xəbərdardır. Tehran öz ərazisindən İsrail hədəflərinə hücum etməyə hazırlaşdığına dair də işarələr var.
Mənbələr CNN-ə bildiriblər ki, ABŞ İranın yaxın günlərdə İsrail daxilində çoxsaylı hədəflərə zərbələr endirəcəyini gözləyir. Yüksək səviyyəli bir administrasiya rəsmisi və kəşfiyyatla tanış olan mənbənin sözlərinə görə, ABŞ İranın "etibarlı şəxslərinin" də qarşıdakı hücumlarda iştirak edə biləcəyinə və hədəflərin həm İsrail daxilində, həm də bölgə ətrafında olacağına inanır.
Amerikanın "The Wall Street Journal" nəşri isə fərqli iddia çıxış edib. Jurnal hesab edir ki, İran hakimiyyəti hələ də İsrailə hücumla bağlı yekun qərar verməyib. Bu barədə nəşrə İslam Respublikası hökuməti ilə danışan adı açıqlanmayan mənbə bildirib.
"Hücum planları müzakirə edilir, amma yekun qərar verilməyib", deyə mənbə qeyd edib.
Bu arada, Birləşmiş Ştatlar Yaxın Şərqə ordakı hərbi kontingentini mühafizə etmək üçün əlavə qüvvələr göndərir. Bu barədə "RİA Novosti" ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən xəbər verir.
"Biz regional çəkindirmə səylərini dəstəkləmək və Amerika qoşunlarının təhlükəsizliyini gücləndirmək üçün bölgəyə əlavə qüvvələr yerləşdiririk", deyə mənbə bildirib.
Qurum rəsmisi qeyd edib ki, hazırda onun paylaşa biləcəyi əlavə məlumatı yoxdur. Pentaqonun sözçüsü bu sözləri İranın Dəməşqdəki konsulluğuna son hücuma cavab olaraq İsrailə gözlənilən zərbə ilə bağlı narahatlıqlar fonunda deyib.
İtaliya Xarici İşlər Nazirliyi həmvətənlərinə müraciət edərək, İsrailə səfərləri təxirə salmağı tövsiyə edib: "Bundan əlavə, biz İsrail və Fələstin ərazilərindəki soydaşlarımızı son dərəcə ehtiyatlı davranmağa, məlumatlı olmağa və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyə, xüsusən də ciddi zərurət olmayan daxili səyahətlərdən çəkinməyə çağırırıq".
Avstriya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb: "Bölgədəki mövcud gərgin vəziyyətlə əlaqədar yaxın günlərdə təhlükə səviyyəsinin artması gözlənilə bilər".
Avstriya Hava Yolları artıq aprelin 18-dək Tehrana uçuşları ləğv edib.
Həmçinin Almaniya və Fransa öz vətəndaşlarını İranı tərk etməyə, Livan, İran, İsrail və Fələstinə səfərlərdən çəkinməyi çağırıb.
Qeyd edək ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki konsulluğuna hava zərbəsi endirib, nəticədə bina tamamilə dağılıb. Hücum zamanı SEPAH bölməsinin komandirləri - generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi məhv edilib. İran prezidenti İbrahim Rəisi zərbəyə tezliklə cavab verəcəyini vəd edib.
Aydın