Xəbər lenti

Yaxın Şərqdə eskalasiya nefti 400 dollara qaldıra bilər
Dünya11:17 15.10.2023

Yaxın Şərqdə eskalasiya nefti 400 dollara qaldıra bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaxın Şərqdə münaqişənin kəskinləşməsi dünya bazarında neftin qiymətinin kəskin artması riski yaradır". 
Qaynarinfo xəbər verir ki, bunu "RİA Novosti"yə enerji eksperti Maksim Kanişşev deyib.
Onun sözlərinə görə, regionda vəziyyətin daha da gərginləşməsinin bəzi ssenariləri neftin qiymətinin 4 dəfə - "Brent" markalı neftin 400 dollara qədər artmasına səbəb ola bilər. Tarixi bənzətmə kimi Kanişşov 1973-cü ildə ərəb ölkələrinin müharibədə İsraili dəstəkləyən ölkələrə neft tədarükünə embarqo qoyduğu enerji böhranını göstərib. Bu da neftin qiymətinin 4 dəfə artmasına səbəb olub.
Ekspertin fikrincə, bu ssenari təkrarlanarsa, 400 dollar/barel ucuz görünəcək. Bu, ABŞ və Avropa İttifaqı iqtisadiyyatlarını tamamilə məhv edəcək, onlar itirilmiş həcmləri doldura bilməyəcək. 
"Hətta belə bir vəziyyətlə bağlı gözləntilər artıq qiymətləri yüksəldir", deyə Kanişev qeyd edib. 
Yaxın Şərqdə münaqişə nə qədər uzun sürərsə, neft qiymətlərinə bir o qədər təsir edəcək.
Aydın