
Xəbər verdiyimiz kimi, İraqın sabiq prezidenti Cəlal Tələbani vəfat edib. "Qaynarinfo" mərhum dövlət xidimininin həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.
Kürdlərin "Mam Cəlal", yəni "Cəlal əmi" olaraq xitab etdiyi İraq-Kürd siyasətinin aparıcı simalarından biri idi. Bağdad Universitetinin hüquq fakültəsinin məzunu olan Tələbani müttəfiqlərini dəyişdirə, həm dostlarına, həm də düşmənlərinə təsir etməyə qadir hiyləgər bir siyasətçi hesab olunurdu.
Cəlal Tələbani Şimali İraqdakı ən böyük iki partiyadan biri olan İrak Kürdistan Yurdsevərlər Birliyinin lideri idi. Partiya dəstəyini əsasən şəhər əhalisindən və radikal kürdlərdən alırdı.
1933-cü ildə doğulan Cəlal Tələbani siyasi karyerasına Kürdistan Demokrat Partiyasına (KDP) bağlı olan Kürdistan Tələbə Birliyinin qurucusu və lideri olaraq 1950-ci illərin əvvəlində başlayıb. Siyasi pillələri sürətlə qalxaraq qısa zamanda KDP-nin əsas simalarından birinə çevirilib.
1961-ci ildə Əbdülkərim Kasım hökumətinə qarşı kürd üsyanına qatılıb. Əbdülkərim Kasımı hakimiyyətdən uzaqlaşdıran çevirilişdən sonra - 1963-cü ildə prezident Əbdülsalam Arifin hökuməti ilə aparılan danışıqlarda kürd nümayəndə heyətinə başçılıq edib.

1975-ci ildə KDP lideri Mustafa Bərzani ilə aralarında dərin fikir ayrılışları yaranmağa başlayıb. Bundan sonra KDP-dən ayrılanların qurduğu və gələcəkdə qayınatası olacaq İbrahim Əhmədin öndərliyindəki KDP Siyasi Bürosuna qoşulub.
Qrup 1966-cı ildə mərkəzi hökumətlə ittifaq qurub və KDP-y qarşı hərbi kampaniyaya qoşulub. 1970-ci ilin martında KDP və hökumət arasında barışıq müqaviləsi imzalandıqdan sonra qrupun siyasəti fəaliyyətinə son qoyulub.
Bundan sonra bir araya gələn Cəlal Tələbani və dəstəkçiləri 1975-ci ildə İraq Kürdistan Yurdsevərlər Birliyini (İKYB) qurub. Tələbani həmin vaxt açıqlamasında İKYB-nın sosialist bir partiya olacağını və tayfa cizgisindən uzaq olacağını açıqlamışdı. Bir il sonra isə hökumətə qarşı silahlı mübarizə başlayıb. 1988-ci ildə İraq hökuməti kürdlərə qarşı kimyəvi silahdan istifadə edərkən İKYB də ağır zərbə alıb.

Bundan sonra Tələbani Şimali İraqı tərk etməyə və İrana sığınmağa məcbur olub.
Tələbani-Bərzani və ya digər adı ilə İKYB-İKDP mübarizəsi Şimali İraqda kürd siyasi həyatının təxminən son 40 ilinə damğasını vurub.
Tələbaninin siyasi fəaliyyəti 1991-ci ildəki Körfəz müharibəsindən və şimaldakı kürdlərin İraq hökumətinə qarşı mübarizəyə başlamasından sonra yeni dönəmə qədəm qoyub.
Qərb alyansının bölgəni uçuşa qapalı sahə elan etməsindən sonra İKDP ilə qüsa müddət davam edən müttəfiqliyin başlamasına səbəb olub. Bundan sonra Şimali İraqda seçkilər keçirilib və 1992-ci ildə İKYP-İKDP ortaq hökuməti qurulub. İki partiya arasındakı gərginlik 1994-cü ildə silahlı qarşıdurmalara və vətəndaş müharibəsinə səbəb olub.
ABŞ və qismən İngiltərənin səyləri ilə iki partiya heyətləri arasında keçirilən çoxsaylı görüşlər nəticəsində Tələbani və KDP lideri Məsud Bərhani 1998-ci ildə Vaşinqtonda sülh müqaviləsi imzalayıb.

Anlaşma 4 oktyabr 2002-ci ildə iki partiyadan olan millət vəkillərinin iştirakı ilə regional parlamentin toplanması nəticəsində yenilənib.
Parlamentin bu iclasında Tələbani kürdlər arasında silahlı qarşıdurmaları yasaqlayacaq qanun layihəsinin qəbulunu təklif edib.
ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələri 2003-cü ildə İraqa hücum etməzdən əvvəl iki partiya aralarındakı anlaşılmazlıqları bir yana qoyaraq Tələbani-Bərzani liderliyini formalaşdırıb. Sonradan hər iki lider İraq Milli Şurasına rəhbərlik edib.
Səddam Hüseynin devirilməsi Tələbaninin siyasi karyerasında yeni səhifə açıb. O, İraqın işğalından sonra müvəqqəti hökumətin üzvü seçilib.
Cəlal Tələbani 22 aprel 2006-cı ildə İraqın prezidenti seçilib. O, 2004-2014-cü illərdə ölkəyə rəhbərlik edib.

Tələbani səhhətindəki problemlər səbəbindən prezidentlikdən imtina etdikdən sonra İraq Suriyadan sıçrayan İŞİD bəlası ilə baş-başa qalıb. Mosul və bir çox şəhər terror qruplaşmasının nəzarətinə keçib.
2017-ci ilədək (və hələ də) davam edən İŞİD-lə mübarizə Kürdüstan müstəqillik referendumu ilə nəticələndi. Tələbaninin"düşmən qardaşı" Məsud Bərzani ölkədəki xaosdan yararlanaraq müstəqillik referendumu keçirdi. Hətta həm Qərbin, həm də Şərqin etirazlarına rəğmən. Bundan sonra necə olacağı isə bəlli deyil.
Aydın
Qaynarinfo.Az