Müharibələr və terrorizmin məngənəsinə düşən Yaxın Şərq ölkələrinin orduları barədə araşdırma aparılıb.Qaynar.info ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyənin ən güclü orduya sahibolduğunu ortaya çıxaran araşdırmada ölkələrin silahlı qüvvələrə ayırdığıbüdcəsi, əsgər sayı, tank ilə hava vasitələri nəzərə alınıb.
“Businnessinsider”inapardığı araşdırmaya görə, Yəmən ordusunun 1.4 milyard dollarlıq büdcəil 15-ci sırada yer alır. 66 min 700 nəfərlik hərbi heyəti olan Yəmənin1260 tankı və 281 təyyarəsi var.

14-cü sırada 1.7 milyard dollarlıq büdcəsi, 131 min 100 nəfərlik personalı, 318 tankı və 57 hava vasitəsi ilə Livan yer alıb.

13-cü sırada qərarlaşan İraq ordusunun 6 milyard dollarlıq büdcəsi, 271 min 500 aktiv əsgəri, 357 tankı və 212 təyyarəsi var.

12-cisırada 730 milyon dollarlıq büdcəsi, 13 min nəfərlik şəxsi heyətə malikBəhreyn ordusunu 180 tanka və 105 hava vasitəsinə sahibdir.

11-cisırada qərarlaşan Qatar ordusu isə 1.9 milyard dollarlıq büdcəyə sahibolmaqla 11 min 800 aktiv döyüş personalına, 90 tankı və 72 hava vasitəsiilə Orta Şərqin ən güclü silahlı qüvvələrindən biri hesab olunur.

10-cüsırada yer alan Küveyt ordusunun büdcəsi 5.2 milyard dollardır. Körfəzölkəsinin 15 min 500 nəfərlik aktiv müharibəyə hazır ordusu var. 368tank ilə 101 hava vasitəsinə sahib Küveyt kiçik bir ölkə olmasınabaxmayaraq əhəmiyyətli hərbi gücə sahibdir.

9-cüsırada 6.7 milyard dollarlıq hərbi büdcəsi ilə Oman Sultanlığıqərarlaşıb. ABŞ və Birləşmiş Krallıq ilə yaxşı əlaqələri olan Omanın 72min nəfərlik şəxsi heyəti olan ordusu, 215 tankı və 101 təyyarəsi var.

8-ciyerdə İordaniya ordusu yer alıb. Bu ölkənin 1.5 milyard dollarlıq hərbibüdcəsi və 110 min 700 aktiv silahlı qüvvəsi, 1321 tankı və 246 hərbitəyyarəsi var.

4ildir daxili müharibəyə cəlb olunan Suriya ordusu 7-ci pillədədir.Suriya ordusunun büdcəsi 1.9 milyard dollar, 200 min nəfərlik silahlıqüvvəsi, 4 min 950 tankı və 473 hərbi təyyarəsi var.

Misirordusu 4.4 milyard dollarlıq büdcə ilə 6-cı sıradadır. Bu ölkənin 468min 500 nəfərlik ordusu, 4 min 767 tankı və 1100 hərbi təyyarəsi var.

6.3milyard dollarlıq büdcəyə sahib İran ordusu 545 min nəfərlik şəxsiheyətə sahib olmaqla 5-ci sıradadır. İranın 2 min 409 tankı və 481 hərbitəyyarəsi var.

Özündə7 Əmirliyi birləşdirən Birləşmiş Ərəb Əmirlikləri isə Yaxın Şərqin ənböyük 4-cü ordusuna sahibdir. 14.4 milyard dollarlıq büdcəyə sahib olanBƏƏ ordusunun 64 min nəfərlik silahlı qüvvəsi, 545 tank və 444 təyyarəsivar.

56.7milyard dollarlıq hərbi büdcəsi ilə regionun ən böyük 3-cü ordusunasahib olan Səudiyyə Ərəbistanı bölgə ölkələri arasında ən inkişaf etmişhava qüvvələrinə malikdir. Ərəbistan ordusunun 233 min 500 əsgəri, 1095tankı və 652 təyyarəsi var.

Yaxınşərqin ən güclü ordusu Türkiyə Silahlı Qüvvələri hesab olunur. 18.1milyard dollarlıq büdcəsi olan Türkiyə ordusunun 410 min 500 nəfərlikpersonalı, 3 min 657 tankı və 989 təyyarəsi var.

“Businessinsider”saytının sıralamasına görə Yaxın şərqin ən güclü ölkəsi olan İsrailin15 milyard dollarlıq hərbi büdcəsi var. İsrail ordusunun 176 min 500personalı var. Ən modern silahlara sahib İsrailin 3 min 870 tankı və 680təyyarəsi olduğu bildirilir.
Qaynar.info