Xəbər lenti

Yaxşı həkimi pisindən necə ayırd etməli? - Doktor Myasnikov öyrədir
Sağlamlıq18:17 18.06.2020

Yaxşı həkimi pisindən necə ayırd etməli? - Doktor Myasnikov öyrədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur televiziya aparıcısı və Moskva xəstəxanalarından birinin baş həkimi Aleksandr Myasnikov ruslara pis həkimi yaxşısından necə ayırd etməyin yolunu başa salıb.
Qaynarinfo xəbər verir ki, o, nümunə olaraq, "gəzdilər" sözünün əvəzinə "üzdülər" sözündən istifadə edən bir dənizçini sitat gətirib. Həkim xatırladıb ki, insanlar ümumiyyətlə, insanların adətən bir adam haqqda təəssüratları hansısa açar sözlərdən yaranır.
Myasnikova görə, həkim dərhal 38 dərəcəyə qədər temperatur, asqırma, üşütmə və bədən ağrıları kimi simptomlar üçün antibiotik təyin edərsə, ona səriştəli demək çətindir.
Doktor Myasnikov onu da düşünür ki, həkimin "faydalı bakteriyalar"ın məcburi qəbulu barədə tövsiyələri də aşağı ixtisas səviyyəsinə dəlalət edir.
Doktor əlavə edib ki, səriştəli həkim hipertansiyonu əzələdaxili inyeksiya və ya damcı kurslarıyla müalicə etməz. Bundan əlavə, Myasnikovun sözlərinə görə, yaxşı bir mütəxəssis ürək xəstəliyi olan bir təqaüdçüyə steroid olmayan iltihab əleyhinə dərman qrupundan olan ağrı kəsiciləri də təyin etməz.
Xatırladaq ki, bir qədər əvvəl həkim koronavirus pandemiyası ətrafında mənasız panika yarandığını bildirərək, "kim ölməlidirsə, o da öləcək" demişdi.
Alpər