Yay mövsümü yalnız təbiətin deyil, bədənimizin də canlandığı bir dövr kimi qəbul edilir. Bu dövrdə bir çox insan incə görünmək arzusu ilə arıqlama yolları axtarmağa başlayır.
Qaynarinfo xəbər verir ki, hava şəraiti, daha uzun günlər və təzə mövsüm məhsulları ilə yay ayları orqanizmə sağlam şəkildə çəkini azaltmaq üçün təbii imkanlar yaradır. Dietoloq Müzəyyən Çelik yayda arıqlamağı asanlaşdıran 6 əsas amili açıqlayaraq vacib tövsiyələr verib.
1. Günlərin uzanması
Uzun və günəşli günlər insanlara daha çox hərəkət imkanı yaradır. Səhər gəzintiləri, axşam velosiped sürmək və ya sahildə yüngül idmanla məşğul olmaq maddələr mübadiləsini sürətləndirir və yağ yandırmanı dəstəkləyir. Bundan əlavə, fiziki aktivlik xoşbəxtlik hormonlarını artırır.
2. Su istehlakının artması
Yayda tərləmə ilə orqanizmin su ehtiyacı artır, bu da daha çox su içmək vərdişini gücləndirir. Gündəlik 2–2,5 litr su içmək iştahın idarə olunmasına, orqanizmin detoks prosesinə və həzmə dəstək verir. Suyun limon, nanə və ya xiyarla aromalandırılması ödem atılmasına da kömək edir.
3. Yüngül və sərinləşdirici qidalar
Yay aylarında təzə meyvə-tərəvəz, rəngarəng salatlar, qatıqla hazırlanan soyuq yeməklər və zeytun yağlı tərəvəzlər həm doyurucu, həm də aşağı kalorili seçimlər təqdim edir. Belə qidalar arıqlamaq istəyənlər üçün əhəmiyyətli dəstək ola bilər.
4. Mövsümi və təbii qidalanma
Yay meyvə-tərəvəz baxımından ən zəngin mövsümdür. Karpuz, çiyələk, pomidor, xiyar, semizotu kimi antioksidantlarla zəngin məhsullar həm immuniteti gücləndirir, həm də sağlam kilo nəzarətini asanlaşdırır.
5. Azalan iştah
İsti havalarda insanlar daha az və yüngül qidalarla kifayətlənməyə meyilli olur. Bu da porsiya nəzarətini asanlaşdırır. Liflə zəngin meyvə və tərəvəzlərdən ibarət balanslı və doyurucu menyular gün ərzində enerjili qalmağa kömək edir.
6. Tətil motivasiyası
Tətil planları, yaylıq geyimlər və çimərlik günləri insanları daha motivasiya edir. Bu da sağlam qidalanma vərdişlərinə sadiq qalmağı asanlaşdırır. Eyni zamanda açıq havada daha çox hərəkət etmək — üzmək, gəzmək və s. — gündəlik enerji sərfiyyatını artırır.
Diqqət edilməli səhvlər
Dietoloq Çelik xəbərdarlıq edir: "Yayda tez arıqlamaq arzusu ilə insanlar tez-tez şok diyetlərə və ifrat məhdudiyyətlərə müraciət edir. Bu, qısamüddətli nəticələr versə də, uzunmüddətli olaraq maddələr mübadiləsini zəiflədir və psixoloji yorğunluğa səbəb olur."
Ən sağlam çəki itkisi həftədə 0.5–1 kilo arası dəyişən itkilərlə baş verir. Bu şəkildə əzələ itkisi olmur, yağ yandırması önə çıxır və nəticə daha davamlı olur. Bunun üçün fərdi xüsusiyyətlərə uyğun balanslı və davamlı bir qidalanma planı, yaxşı yuxu və stresin idarə edilməsi də vacibdir.
Unutmayın: Məqsəd yalnız arıqlamaq deyil, sağlam və qalıcı şəkildə bədənə yüngəllik qazandırmaqdır.
Aydın
Şərhlər