Xəbər lenti

Yaz dəbdə nə olacaq? - Bu 10 trend görünüşünüzü daha dəbdəbəli edəcək (FOTO)
Dünya 08:15 21.03.2026

Yaz dəbdə nə olacaq? - Bu 10 trend görünüşünüzü daha dəbdəbəli edəcək (FOTO)

Stilistlərin fikrincə, ötən il moda baxımından daha sərbəst idi, lakin 2026-cı il daha tələbkardır. Artıq "sadəcə normal” görünmək kifayət etmir – diqqətlə düşünülmüş və ifadəli üslub ön plana çıxır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "City Magazine" yazır.

Qarderobun yenilənməsi üçün ideal vaxtdır. Yeni mövsümdə moda daha cəsarətli, daha dəbdəbəli və daha ifadəli xarakter alır.

2026-cı ilin yaz trendleri

İpək yaylıqlar

Qalın qış şərfləri aktuallığını itirir. Onların yerini yüngül ipək yaylıqlar tutur. Boyunda və ya saçda istifadə edilərək obraza zəriflik qatır.
 


Böyük eynəklər

Kiçik çərçivələr artıq dəbdə deyil. Üzün böyük hissəsini örtən iri eynəklər daha aktualdır və obrazı daha statuslu göstərir.

Struktur gödəkçələr

Formasız üst geyimlər yerini dəqiq kəsimli gödəkcələrə verir. Geniş çiyinli, iki düyməli modellər güclü və inamlı görünüş yaradır.

Bambi naxışı

Parlaq heyvani naxışlar arxa plana keçir. Onları daha yumşaq, açıq nöqtəli və isti tonlu naxışlar əvəz edir.
 


Yüksək yaxalıq

Yüksək və sıx yaxalı jaket və paltolar obrazı daha ciddi və səliqəli göstərir.
 


Krujeva

2026-da krujeva daha ifadəli formada təqdim olunur. Tünd rənglər və yarımşəffaf materiallar digər parçalarla maraqlı kontrast yaradır.

Şalvarın çəkmənin içinə salınması

Yüksək çəkmələrin içinə salınmış şalvar həm praktik, həm də dəbli seçimdir. Obraza bütövlük verir.
 


Məxmər

Artıq yalnız axşam geyimi deyil. Gündəlik kombinlərdə də istifadə olunur və obrazı daha bahalı göstərir.

Loferlər

Krossovkalar geri planda qalır. Klassik və rahat loferlər həm gündəlik, həm də rəsmi üsluba uyğundur.
 


Buz mavisi

Mövsümün əsas rəngidir. Parlaq neon tonları əvəz edərək daha soyuq və zərif palitra ilə seçilir.

Aydın
--> -->