Ermənistan səfirliyi dilçi, tarixçi və publisist Sevan Nişanyan ətrafında cərəyan edən proseslərdən xəbərdardır və problemin həlli üçün əlindən gələni edir.
Qaynarinfo xəbər veri ki, bu haqda sputnik.am Teleqram kanalı yazıb. Yazıçının həyat yoldaşı Hera Tsurun bildirib ki, Yunanıstan hökuməti Nişanyanın yaşayış icazəsini uzatmayıb və indi onun hansı ölkəyə deportasiya ediləcəyinə prokuror qərar verəcək.
Nişanyan 2014-cü ildə Türkiyə həbsxanasına düşüb. O, "qanunsuz tikinti" maddəsi ilə 16 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ildə həbsxanadan qaçaraq Yunanıstanda sığınacaq alıb, açıq rejimli həbsxanada saxlanılıb. 2019-cu ildə Nişanyan Ermənistan vətəndaşlığı da alıb.
Alpər