III Dünya Müharibəsi Şimali Koreyanın Cənubi Koreyaya hücumu ilə başlaya bilər.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu proqnozla məşhur ravvin və ekstrasens Levi Saadiya Naxmani çıxış edib. Onun sözlərinə görə, bu savaş dünyanı məhv edə bilər:
"Şimali Koreya müharibədə nüvə açarı rolunu oynayacaq. Nə Suriya, nə Persiya, nə Babil, nə də Qəzzafi. Buraya Şimali Koreya gələcək”.
O bu fikri səsləndirməsinə əsas səbəb kimi ivrit dilindəki Seul kimi olaraq yazılan cəhənnəm sözünün Bibliyada sonuncu müharibə kimi göstərilməsi olduğunu bildirib.