Xəbər lenti

Yemək pulunu başqasına ödətdirən prezidentə qarşı cinayət işi açıldı
Dünya11:55 14.11.2013

Yemək pulunu başqasına ödətdirən prezidentə qarşı cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın keçmiş prezidenti Kristian Vulf prezidentliyi dövründə 719 avroluq otel və yemək xərcini bir rejissora ödətdirməsi səbəbindən məhkəmə qarşısına çıxacaq.

Qaynar.info
xəbər verir ki, Hannover məhkəməsinin hazırladığı iddianamədə rejissor Devid Qrünvoldun 2008-ci ildə Münhendə keçirilən "Oktoberfest" bayramına qatılan Kristian Vulf və həyat yoldaşı Bettina Vulfun 510 avroluq otel və 209 avrluq yemək xərcini ödədiyi bildirilir.

Məhkəmənin 20 min avro cərimə ödəməsinıə baxmayaraq çıxardığı qərarı əsassız sayan Vulf günahsızlığını isbat edəcəyini söyləyib.

Qeyd edək ki, Almaniyanın keçmiş prezidenti Kristian Vulf iş adamlarından kredit aldığı ortaya çıxdıqdan sonra istefa vermişdi. daha sonra o, həyat yoldaşından da ayrılmışdı.

Qaynar.info