Xəbər lenti

Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi minaya düşüb
Dünya17:10 05.01.2018

Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi minaya düşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Taher əl-Ukaylinin olduğu avtomobil minaya düşüb.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, bu barədə "RİA Novosti" Yəmən hərbi mənbəyinə istinadən xəbər verir.
Hadisə Səudiyyə Ərəbistanı sərhədi yaxınlığındakı Əl-Cauf əyalətinin Habb ya Əş-Şəəf rayonunda baş verib və qolundan yaralanan əl-Ukayli xəstəxanaya çatdırılıb.
Avtomobildə onunla birgə olan Əl-Cauf əyalətinin qubernatoru Amin əl-Ukaymi də partlayış nəticəsində sağ qalıb.