Bu gün Səudiyyə Ərəbistanı Hava Qüvvələrinin "Apache” hərbi helikopteri vurulub.
Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, bu haqda "Ənsar Allah” hərəkatından olan yəmənli üsyançılar məlumat yayıb və helikopteri məhv ediklərini bildiriblər.
Məlumata görə, hər iki pilot öldürülüb, döyüş texnikası isə tamamilə yandırılıb.
Döyüş Yəmənlə Səudiyyə Ərəbistanının sərhədində baş verib.
Krallıq hələ ki məlumatı təsdiqləməyib.