Xəbər lenti

Yəməndə anlaşma əldə olundu: İki aylıq atəşkəs... (VİDEO)
Dünya07:53 04.04.2022

Yəməndə anlaşma əldə olundu: İki aylıq atəşkəs... (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yəməndə silahlı münaqişə tərəfləri 2 ay ərzində silahlarını yerə qoymağa razılaşıb.
Qaynarinfo "Euronews"a istinadən xəbər verir ki, Husi üsyançıları ilə hökumət qüvvələri arasında atəşkəs aprelin 2-də, Ramazan ayının ilk günündə qüvvəyə minib. 
Razılaşmalarla bağlı BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq açıqlama verib. 
Atəşkəs ABŞ, Fransa və digər ölkələrin liderləri, eləcə də BMT-nin baş katibi Antonio Quterreş tərəfindən alqışlanıb və atəşkəsin Yəməndəki qarşıdurmaya son qoymaq yolunda ilk addım olmasının vacibliyi vurğulanıb.
Yəmənin Ali Siyasi Şurasının üzvü Hizam Əsəd atəşkəsə əməl edəcəklərini bildirib: "Biz BMT-nin elan etdiyi atəşkəsi qəbul edirik və ərəb koalisiyasından olan təcavüzkarların ehtiyatlılıq nümayiş etdirdiyi müddətdə buna riayət edəcəyik. Dünən bu ölkələr bəzi məhdudiyyətləri aradan qaldıracaqlarını, Səna hava limanını beynəlxalq uçuşlar üçün açacaqlarını, həmçinin Hudeyda limanına neft məhsullarının idxalına icazə verəcəklərini açıqlayıblar. Bu bəyanatlar BMT-nin hesabatlarında qeyd olunan ən ağır humanitar böhrana görə kimin məsuliyyət daşıdığını aydın şəkildə göstərir".
<iframe width="940" height="530" src="https://www.youtube.com/embed/HxDVtfWK0MA" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
ARAYIŞ: Paytaxt Sənanı tutan şiə Husi üsyançıları İran tərəfindən fəal şəkildə dəstəklənir və Ədəndəki hökumət Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələrinin koalisiyası tərəfindən himayə edilir. Yəməndə 8 ildir davam edən vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətlə nəticələnib. Ümumilikdə münaqişə 380 000 insanın həyatına son qoyub, 150 000-dən çox insan döyüşlər zamanı ölüb.
Aydın