Xəbər lenti

Yəməndə ərəb koalisiyasının vertolyotu qəzaya uğrayıb
Dünya19:50 13.06.2016

Yəməndə ərəb koalisiyasının vertolyotu qəzaya uğrayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus hərbi vertolyot bazar ertəsi Yəmənin Ədən əyalətində qəzaya uğrayıb, heyət üzvlərinin aqibəti məlum deyil.
"Report" xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən Almaniyanın DPA xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, vertolyot Əl-Breyka sahillərində yerə düşüb.
Ərəb koalisiyası komandanlığı hələ ki, bu məlumata münasibət bildirməyib.
Qaynarinfo.az