Xəbər lenti

Yəməndə iki partlayışda 40-dan çox adam həlak olub
Dünya18:29 23.05.2016

Yəməndə iki partlayışda 40-dan çox adam həlak olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yəmənin liman şəhəri Adendə törədilmiş iki partylayış nəticəsində azı 41 adam həlak olub, Yəmən rəsmiləri xəbər verib.

Hücuma görə məsuliyyəti, özünü "İslam Dövləti" adlandıran qrup üzərinə götürüb.

Hücumların hədəfi hərbi baza və hərbi çağırış məntəqəsi olub.

Yəmən hökuməti müvəqqəti olaraq hazırda Aden şəhərində yerləşir.

Üsyançı husilərə qarşı hərbi münaqişədə Yəmən hökumətini Səudiyyə Ərəbistanı başda olmaqla müttəfiqlər koalisiyası dəstəkləyir.

Hərbi münaqişə Yəməndə 2014-cü ildən davam etməkdədir.

Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya bir ildən artıqdır, üsyançı husilərin mövqeyini bombalayır.

Mart ayında BMT İnsan Haqları Komissarı bildirmişdi ki, koalisyanın zərbələrindən həlak olanların sayı münaqişədə iştirak edən qalan qüvvələrin hərəkətlərindən ölənlərin sayından ikiqat üstələyir. (BBC)

Qaynarinfo.az