Yəmənin Marib və Hudeydə vilayətlərində ordu qüvvələri ilə Husilər arasında qarşıdurma yaşanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Yəmən ordusuna bağlı Amerika Qüvvələri Mətbuat Bürosu məlumat yayıb. Yaşanan qarşıdurma nəticəsində 2-si hərbçi olmaqla 18 nəfər həyatını itirib.
Hücuma qarşılıq verən ordu qüvvələrinin 9 husi üzvünü zərərsizləşdirdiyi deyilən açıqlamada qarşıdurmadan sonra onlarla husi hərbçisinin də yaralandığı qeyd olunub.
Camal