Yəmənin Dale əyalətində Husi və hökumət qüvvələri arasında növbəti qarşıdurma yaşanıb.
Qaynarinfo xəbər verir ki, orduya aid mövqelərə daxil olmağa çalışan 18 Husi üzvü öldürülüb, onlardan 2-si komandirdir. Qarşıdurmada 12 nəfər yaralanıb.
Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri vətəndaş müharibəsi davam edir.
Gülşən