Xəbər lenti

Yəməndə Qəzza zolağına qoşun yeritmək üçün səfərbərlik başladı (VİDEO)
Dünya13:42 20.12.2023

Yəməndə Qəzza zolağına qoşun yeritmək üçün səfərbərlik başladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şiə "Ənsar Allah" hərəkatının (husilər) hökm sürdüyü Yəmənin şimalında səlahiyyətlilər ordunu Qəzza zolağında döyüş əməliyyatlarına hazırlamaq üçün ümumi səfərbərlik həyata keçirir. 
Qaynarinfo xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində "Ənsar Allah" Siyasi Bürosunun üzvü Xuzam Əsəd deyib.
"Səfərbərlik İsraillə silahlı münaqişədə Fələstin xalqını dəstəkləmək üçün həyata keçirilir", deyə siyasətçi bildirib.
Husilər təlim düşərgələri açıblar. Qeyd olunur ki, on minlərlə insan hərbi təlimlərə başlayıb.
Əl-Əsəd vurğulayıb ki, Yəmən Respublikası nizami orduya və inkişaf etmiş hərbi potensiala malikdir, ona görə də təlim keçən səfərbər edilmiş insanlar Yəmənin şimalında hərbi əməliyyatlarda iştirak etməyəcəklər.
Dekabrın 16-da "Əl-Cəzirə" telekanalı xəbər verib ki, ABŞ ordusu Yəməndə husi üsyançılarının hərbi obyektlərinə zərbələr endirmək məsələsini öyrənir.
Aydın