Xəbər lenti

Dünya 10:00 12.01.2024

Yəməndə son durum: Husilərin 60 hədəfinə zərbələr endirilib (YENİLƏNİB)

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Yəməndə husilərin 16 obyektindəki 60-dan çox hədəfə zərbələr endirib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xüsusilə, sursat anbarlarına və buraxılış qurğularına hücumlar həyata keçirilib.

Üsyançı "Ənsar Allah" hərəkatının rəsmi nümayəndəsi Məhəmməd Abdel Salam isə bildirib ki, ABŞ və Böyük Britaniyanın husilərin nəzarətində olan ərazilərdəki hədəflərə zərbə endirməsinə baxmayaraq, Qırmızı dənizdə İsrailə bağlı mülki gəmilərə hücumu davam etdirəcək.

"Bir daha bildiririk ki, Yəmənə qarşı təcavüzün heç bir əsası yoxdur, çünki Qırmızı və Ərəb dənizlərində beynəlxalq gəmiçilik təhlükə altında deyildi. Biz işğal olunmuş Fələstinin limanlarına gedən İsrail gəmilərinə hücum etmişik və hücuma davam edəcəyik", deyə o bildirib.

08.32
 
ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan "Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Al Arabiya” telekanalı məlumat yayıb.

"Husi hədəflərinə qarşı ABŞ-Britaniya hərbi əməliyyatı başlayıb”, deyə mənbələr telekanala bildirib.

Onlar qeyd ediblər ki, hücum xüsusilə Hudeyda limanının kənarında həyata keçirilib. Hudeydanın şərqində husilərin hədəflərinə 5 hava hücumu təşkil edildiyi də vurğulanıb.

"Al Arabiya” telekanalının məlumatına görə, ABŞ və Britaniyanın zərbələrinin əsas hədəfləri Səna beynəlxalq hava limanı, Hudeyda hava limanı və onun ətrafı, həmçinin Yəmənin şimal-qərbindəki Saada şəhərində yerləşən Əd-Dailami hərbi hava bazası və Kelen düşərgəsi olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->