Xəbər lenti

Yəməndən Səudiyyəyə ballistik raket hücumu
Dünya05:37 01.12.2017

Yəməndən Səudiyyəyə ballistik raket hücumu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yəməndən Səudiyyə Ərəbistanına növbəti ballistik raket atılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, gecə saatlarında reallaşdırılan hücumda hədəf Xamiş Müşait şəhəri olub. Raketin havadan müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilir.
Hücumun Yəmənin paytaxtı Sənanı idarəsində saxlayan Husi qüvvələri tərəfindən təşkil edildiyi deyilir.
Qeyd edək ki, ötən ay da Husilərin Səudiyyənin paytaxtı Riyada ballistik raket atdığı iddia edilmişdi. İran höküməti Husi qüvvələrini dəstəkləyir və Səudiyyə baş verən bu proseslərə görə İranı ittiham edir.
Gülşən