Yəmənin paytaxtı Sənanın mərkəzində xeyriyyə tədbiri zamanı baş verən izdiham zamanı 80-dan çox insan həlak olub.
Qaynarinfo bu barədə "Al-Arabiya"ya istinadla xəbər
verir.
Sənada təhlükəsizlik rəsmisi ən azı 53 nəfərin öldüyünü bildirib. Eyni zamanda, bir səhiyyə rəsmisi ölənlərin sayının təxminən 80 nəfər olduğunu bildirib. 120 nəfər yaralanıb, onlardan 20-nin vəziyyəti ağırdır.
Agentlik xəbər verir ki, insanlar "zəkat” (İslamda məcburi sədəqə) üçün maddi yardım almaq üçün Bab əl-Yəmən bölgəsində toplaşıblar. Hadisə yerinə yaxın olan agentlik mənbəsi bildirib ki, əvvəlcə atəş səsləri eşidilib, sonra işıqların sönməsinə səbəb olan qısaqapanma baş verib. Bütün bunlar çaxnaşma və izdihama səbəb olub.
Agentlik onu da əlavə edir ki, ölkənin Daxili İşlər Nazirliyi "DİN ilə razılaşdırılmadan və təşkilatlanmadan külli miqdarda pul paylamaqda” ittiham olunan iki ticarətçinin həbsini elan edib.
Alpər