Xəbər lenti

Yeni Albert Eynşteyn
Dünya09:19 29.08.2017

Yeni Albert Eynşteyn

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

23 yaşlı Sabrina Qonzales Pasterski uğurlarına görə yeni Albert Eynşteyn adlandırılır.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Harvard Universitetində oxuyan Qonzales fizika sahəsindəki uğurlarına görə bu adı qazanıb. ABŞ-ın Çikaqo bölgəsində doğulan Pasterski 14 yaşında öz təyyarəsini hazırlayıb və onu Miçiqan gölü üzərində uçurdub. Bununla Sabrina öz təyyarəsini hazırlayan ən gənc insan ünvanına sahib çıxıb.

Əksər yaşıdlarından fərqlənən Pasterski sevgili olmadığını, siqaret və alkoqol istifadə etmədiyi, sosial mediadan uzaq olduğunu deyir. Bir çox mövzular barədə araşdırma aparan gənc Eynşteyn çox sayda məqalə və layihəsini "PhysicsGirl.com" saytında paylaşır.

Gülşən

Qaynarinfo.Az