Avstraliyanın Sidney şəhərində yeni doğulmuş uşağı kanalzasiya çuxuruna atıblar. Qaynar.info xəbər verir ki, 5 gün sonra tapılan uşağın sağ qalması hamını təəccübləndirib.
Polis artıq uşağın anasını həbs edib. 30 yaşlı qadın cinayətə təşəbbüsdə ittiham olunur. Ananın istəmədiyi uşağı doğumdan dərhal sonra yol kənarındakı kanalzasiya çuxuruna atdığı ehtimal edilir.
Onu yoldan keçənlər tapıb. 2,5 metr dərinlikdə olan çuxurdan uşaq səsi eşidən bir nəfər ətrafdakıları köməyə çağırıb. Daha sonra isə onlar polisə məlumat verib.
Qaynar.info



