Xəbər lenti

Yeni dünya nizamı uğrunda mübarizə münaqişələrin artmasına səbəb olur (ŞƏRH)
Dünya 18:00 14.12.2023

Yeni dünya nizamı uğrunda mübarizə münaqişələrin artmasına səbəb olur (ŞƏRH)

"Dünya nizamının yenidən qurulması uğrunda mübarizə gedir. Bunun da nəticəsində müxtəlif münaqişələr yaranır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə son dövrlər dünyada baş verən müharibələrin bitmək bilməyərək, daha da uzanması məsələsinə toxunarkən deyib.

Zərdüşt Əlizadə qeyd edib ki, III Dünya savaşından sonra müharibələr səngimir:

"Əksinə, daha böyük intensivliklə genişlənir. İsrail-HƏMAS münaqişəsi hələ də tükənməyib. Bu münaqişə gah intensivləşir, gah da müəyyən müddətə dayanır. Son 15 ildə Qərb ölkələri bir sıra dövlətlərə təcavüz edib. Liviya, Sudan, İraq, Əfqanıstan, Suriya, Livanı təcavüzə məruz qoyublar. Afrika qitəsində münaqişələr aramsız olaraq davam edir".
 


Politoloq onu da bildirib ki, Böyük Britaniyanın tədqiqat mərkəzi keçən il 158 münaqişə ocağı yaranması ehtimalını irəli sürmüşdü:

"Bu isə o deməkdir ki, dünyada razılaşdırılmış beynəlxalq nizam yeni qaydalar əsasında nəzərdən keçirilir. Nəticədə yeni ittifaqlar meydana çıxır".

Zərdüşt Əlizadə vurğulayıb ki, son dövrlərin tendensiyası müharibələrin artdığını göstərir:

"Ukrayna savaşının ardınca, Yaxın Şərq də yenidən alova qərq olub. Eyni zamanda, dünyanın digər mərkəzlərində də konfliktlər baş verir. Bir sıra ölkələr də var ki, müharibəyə başlamaq üçün bəhanələr axtarırlar. Bir sözlə, son zamanlar dünyanı bitmək bilməyən münaqişə ocaqları bürüyüb ki, onlar da sanki hansısa ssenarinin nəticəsidir". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->