
Misirin qədim Giza şəhəri yaxınlığındakı evlərin birində Ptolomeylər sülaləsinə (b.e.ə 305-b.e 30) məxsus olan bir fironun mumyası tapılıb.
Qaynar.info xəbər verir ki, Misirin tarixi əsərlər naziri Məhəmməd İbrahim verdiyi açıqlamasında Ptolomeylər sülaləsi zamanında yaşadığı ehtimal olunan fironun mumyasının təmizlənməsi və saxlanılması üçün Qahirədəki Misir Muzeyinə aparılacağını deyib.
Qeyd edək ki, Misirdə baş verən inqilab zamanı Qahirədəki Misir Muzeyi qarətçilərin hücumuna məruz qalmış, yüzlərlə tarixi əsər oğurlanmışdı.
Qaynar.info