Nyu-York şəhərində zərgərlik mağazasından 6 milyonluq qızıl-zinət əşyaları oğurlanıb.
Qaynarinfo.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, polis oğurluqda şübhəli bilinən üç nəfəri axtarır.
Cinayətkarlar oğurluq hadisəsini 2017-ci ilin girməsinə 1 saat qalmış həyata keçiriblər. Onlar əsas polis qüvvələrinin şəhərin küçələrində təhlükəsizliyi təmin etmək üçün ayrıldığını qabaqcadan biliblər.
Faktla bağlı araşdırmalar davam edir.
Qaynarinfo.Az