Xəbər lenti

Yeni ildə 13 milyon avro uddu
Dünya14:20 02.01.2014

Yeni ildə 13 milyon avro uddu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belçika sakini Yeni İl bayramında milyonçuya çevrilib. 
Bu şəxs Belçikanın milli "Super Lotto" lotereyasında 13 milyon avroluq cek-pota yiyələnib. Bu, "Super Lotto" və "Lotto" lotereyalarının 35 illik tarixində, habelə Belçikada son 7 ildə ən böyük uduşdur.
2006-cı ilin iyununda bir bəxtəvər lotereyada 7 milyon avro udmuşdu. Yeni İl günü 13 milyon avro udmuş şəxsin ad və soyadı açıqlanmır.
Cek-potun belə böyük olmasının səbəbi 13 sentyabr, habelə 13 və 24 dekabr tarixlərində əsas uduşun qalibinin olmamasıdır.(milli.az) 
Qaynar.info