
“TexnoBaz“ın“Daily Dot”-a istinadən verdiyi xəbərə görə, həmin gün altıncı nəsil“iPad” və üçüncü nəsil “iPad mini” planşetlərinin təqdim ediləcəyigözlənilir.
Yeni planşetlərin ekran ölçüləri uyğun olaraq, 9.7 və 7.9 düym olacaq.
Xatırladaq ki, bu gündən istifadəçilər yeni “iOS 8” əməliyyat sistemini yükləyə bilərlər.
“iOS 8″ mobil platformasının əsas yeniliklər sırasında “HealthKit”fitnes-platforması, mahnıların səs əmri vasitəsilə tanınması, mesaj vəmultimedia məzmunu ilə daha asan mübadiləni qeyd etmək olar.
Yeni “iOS 8″ sistemində daxili “Healthkit” platforması və “Health”tətbiqi istifadəyə verilib. Proqram addımların sayını, qət edilmişməsafəni, sərf edilmiş kalorini, təzyiq, nəbz, qanda qlükozanınsəviyyəsini və başqa göstəriciləri qeydə alır. Tətbiq, həmçinin hansısagöstərici normadan artıq və ya az olduqda həkiminizə bu haqda mesajgöndərə bilər.
Başqa bir funksiya musiqinin tanınmasıdır. Bundan ötrü “Apple”şirkəti “Siri” səs köməkçisi ilə “Shazam” xidmətini birləşdirib.Nəticədə istifadəçi smartfondan hazırda hansı musiqinin səsləndiyinisoruşa biləcək və “Siri” səs köməkçisi “Shazam” xidmətinin köməyi ilətanıma sistemini işə salacaq.
“iCloud fotoarxivi” funksiyası şəkilləri qurğularda sinxronlaşdırır,həmçinin şəklin redaktəsi üçün yeni funksiyalara (parlaqlıq, ziddiyyət,rəng və başqa xüsusiyyətlərin sazlanması) giriş təmin edir. Bütünredaktə və effektlər avtomatik istifadəçinin bütün qurğularındayenilənir.
Qaynar.info