Xəbər lenti

Yeni Kaledoniya Fransadan ayrılmaq üçün müstəqillik referendumu keçirəcək
Dünya10:32 19.07.2018

Yeni Kaledoniya Fransadan ayrılmaq üçün müstəqillik referendumu keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın tərkib hissəsinə daxil olan Yeni Kaledoniya müstəqillik referendumu keçirməyə hazırlaşır.
Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, Sakit okeanda yerləşən adalardan ibarət olan ərazi 4 noyabrda müstəqillik referendumu keçirəcək. Əgər insanlar Fransadan ayrılmağa qərar versə, ərazinin adı və bayrağı dəyişdirilə bilər. 
Azadlıq hərəkatına Milli Kanak və Sosialist Qurtuluş Cəbhəsi rəhbərlik edir. 
Qeyd edək ki, Yeni Kaledoniya 1853-cü ildən bəri Fransanın tərkibinə daxildir. Ərazidə Kanak millətinin nümayəndələri yaşayır. 
Gülşən