Cümə axşamı səhər İrəvanın Fransa meydanına toplaşan Müqavimət müxalifət hərəkatının nümayəndələri şəhərin mərkəzindən keçərək Ermənistan Xarici İşlər Nazirliyinin binasına doğru gedirlər.
Qaynarinfo bu barədə Sputnik Ermənistan saytına istinadən xəbər
verir.
Aksiya iştirakçıları Sayat-Nova prospekti ilə əllərində "Yeni kapitulyasiya olmayacaq!”, "Artsax ermənilərindir”, "Nikol bizi təmsil etmir”, "Arsax ermənilərin əlində qalmalıdır” və s. yazılar olan plakatlar tutaraq irəliləyirlər.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdədir. Müxalifət nümayəndələri rusiyalı nazirə nümayiş etdirmək niyyətindədirlər ki, Ermənistanın baş naziri Nikol Paşinyanla sazişlər hüquqi qüvvəyə malik deyil, çünki onların fikrincə, hazırkı hökumət başçısı erməni xalqının maraqlarını təmsil etmir.
Alpər