
23:55
Bu gün seçilən Roma papasının kimliyi məlum olub. Argentinalı Xorxe Mario Berqalio yeni Roma papası seçilib. Yeni Papa Fransisk adını daşıyacaq.
Qeyd edək ki, o sayca 266-cı Roma papasıdır.
Katoliklərin dini liderini seçən papalıq seçkisinin (Konklav) ikinci günündə Sistin monastrının bacasında papanın seçildiyini göstərən ağ tüstü çıxıb.
Qaynar.info-nun məlumatına görə, monastrın bacasından ağ tüstünün çıxmasından sonra meydanda toplaşan minlərlə insan sevinməyə başlayıb.
Yeni papa Müqəddəs Pyotr Meydanında toplaşan kütləyə Dinlərarası Dialoq Qurumunun sədri fransız kardinal Jan Lui Tauran tərəfindən latın dilində "Habemus Papam" (Yeni papamız var) deyərək təqdim ediləcək.
Qaynar.info