"Hubble" teleskopu Günəş sistemindən kənarda yerləşən yeni planet kəşf edib.
Qaynarinfo xəbər verir ki, "WASP-121" sistemində yerləşən planetə "WASP-121b" adı verilib. "Hubble" "WASP-121b"dən ətrafa yayılan ağır metalları müəyyənləşdirib. Planet öz günəşinə çox yaxın olduğu üçün atmosferindəki temperatur 2537 dərəcəyə qədər yüksələ bilir.
"WASP-121b"nin ulduzu ona çox yaxın məsafədə yerləşir. Bu, planetin futbol topuna bənzəməsi və ulduzun cəzb etmə qüvvəsi ilə parçalanma təhlükəsinin yaranmasına səbəb olub.
Qeyd edək ki, "Hubble" 1990-cı ildən bəri kosmosda müşahidələr aparır.
Gülşən