Xəbər lenti

Yeni prezident bəlli oldu
Dünya15:00 24.07.2014

Yeni prezident bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqda yeni prezident bəlli olub. 

Anspress-in məlumatına görə, prezident seçkilərində kürd namizəd Fuad Masum qələbə qazanıb. Kürdüstan Vətənpərvərlər Birliyinin üzvü 76 yaşındadır və Cəlal Talabaninin uşaqlıq yoldaşı olaraq tanınır. 

Masumun üzərində Talabaninin böyük bir təsiri olduğu ifadə edilir. Bu səbəblə Masumun İraq prezidentliyi dövründə Talabaninin izlədiyi siyasəti təqib edəcəyi düşünülür. Atası tanınmış din xadimi olmuş Masum Qahirədəki Əzhər Universitetində təhsil alıb. 1964-cü ildə o, Molla Mustafa Bərzaninin qurucusu olduğu Kürdüstan Demokrat Partiyasına (KDP) qatılıb. 

Yeni prezident 1975-ci ildə Cəlal Talabaninin qurucusu olduğu Kürdüstan Vətənpərvərlər Birliyinə (KYB) keçib. Körfəz müharibəsindən sonra 1992-ci ildə Kürd Muxtar Respublikası qurularkən Masum kabinetin ilk baş naziri olub. ABŞ-ın 2003-cü ildəki işğalından sonra İraqın yeni konstitusiyasının tərtib olunmasında iştirak edən Masum 2004-cü ildə İraq Parlamentinin ilk başçısı seçilib. Bir müddət millət vəkilliyi də edən Mahsum evli və beş qız uşağı atasıdır.

Qaynar.info