
Teylor Sviftin "Look What You Made Me Do" adlı mahnısına çəkilən klip "YouTube"da rekord qırıb.
"Qaynarinfo" xəbər verir ki, klip 24 saat ərzində 31 milyon dəfə izlənilib. Vevo-nun açıqlamasına görə, video hər saatda təxminən 1,5 milyon baxış toplayıb. 4 gündür ki, platformaya yüklənən klipin hazırda izlənmə sayı 108 milyona çatır.
Qeyd edək ki, bu vaxta qədər gün ərzində ən çox izlənməyə görə rekord 27 milyon baxış sayı ilə Adelin "Hello" mahnısına aid idi.
Sözügedən klipi sizlərə təqdim edirik:
Qaynarinfo.Az