
Türkiyənin “Yeni Şafak” qəzetində Azərbaycan ordusunun çoxlu sayda tanklarının cəbə xəttinə doğru irəlilədiyi barədə xəbər yayılıb.
Xəbər Azərbaycan mediasında ildırım sürəti ilə yayılıb.
Azərbaycan ordusu rəsmi olaraq bir açıqlama verməsə də, son iki gündür ki, sosial mediada çox sayda zirehli birliyin döyüşlərin sıx getdiyi olduğu bölgələrə aparıldığı bildirilir.
Qarşıdurmaların sürdüyü bölgəyə könüllü olaraq getmək istəyənlərə yerli təhlükəsizlik gücləri icazə vermir. Jurnalistlərin cəbhəyə yaxın bölgələrə getməsinə icazə verməyən səlahiyyətlilər gərginliyin davam etdiyini, vəziyyətin ağır olduğunu söyləməklə kifayətlənirlər.
"Kanal Azəri" sözügedən xəbərlər bağlı qəzetlə əlaqə saxlayıb. Qəzetin məlumat mərkəzinin rəhbəri belə bir xəbər yaymadıqlarını bildirib.
“Yeni Şafak” xəbəri təkzib etsə də, “Qafqazinfo” qəzetin internet səhifəsində yer alan xəbərin fotolarını yayıb.
Qaynar.info





