ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni sədri Mayk Conson Senat respublikaçıları ilə təklif olunan yardım paketini müzakirə edib, bu paketə yalnız İsrail üçün maliyyə vəsaiti daxildir. Lakin Ukraynaya yardım göstərməyə hazır olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News" məlumat
yayıb.
Conson bildirib ki, o, Ukraynaya yardımın təsdiqlənməsini istəyir, lakin İsrail üçün maliyyə paketi birinci və ayrıca olmalıdır.
Senatorlardan biri Mayk Raunds bildirib ki, Conson Ukraynaya yardımın nə qədər vacib olduğunu başa düşdüyünü çox açıq şəkildə ifadə edib.
Conson qeyd edib ki, Ukraynaya yardım ABŞ prezidenti Co Bayden administrasiyası, demokratlar və Ukraynaya yardımın İsrail və Tayvana birgə geniş paketin qəbul edilməsini istəyən Senat respublikaçılarından "əhəmiyyətli güzəştlər tələb edəcək”.
Respublikaçı senator Coş Houli qeyd edib ki, Conson Ukrayna və İsrail üzrə qanun layihələrinin ayrı-ayrılıqda saxlanmasında israrlıdır. Belə ki, respublikaçılar çoxluğunu onları birlikdə qəbul edilməsinə məcbur edə bilməz.
"O, ilk növbədə İsraillə məşğul olmaq istəyir. Sonra o, növbəti fəaliyyət sahəsinin Ukrayna və sərhəd olacağını söyləyib”, senator Houli bildirib.
Xatırladaq ki, oktyabrın 20-də Ağ Ev Ukrayna, İsrail və digər prioritet sahələr üçün Konqresdən təxminən 106 milyard dollar istəyib. Conson İsrailə 14,3 milyard dollar yardım göstərmək üçün yeni qanun layihəsi təqdim edib, lakin bu, Ukraynaya dəstək paketini ehtiva etmir. Buna görə də spiker Senatda ikipartiyalı sərt müxalifətlə üzləşib. Səsvermə cümə axşamı, noyabrın 2-də keçirilməlidir.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, Nümayəndələr Palatasında Respublikaçı nümayəndələrin İsrail və Ukrayna ilə bağlı xərclərə görə kompensasiya tələb etməsi ABŞ-ın milli təhlükəsizliyini təhdid edir.
Ağ Evin İdarəetmə və büdcə idarəsi çərşənbə axşamı, oktyabrın 31-də ABŞ prezidenti Co Baydenin Nümayəndələr Palatasının respublikaçıları tərəfindən yalnız İsrailə yardım göstərilməsi ilə bağlı təklif etdiyi qanun layihəsinə veto qoyacağını qeyd edib.
Ağ Ev hesab edir ki, sənədin qəbulu "zamanın aktuallığına cavab vermir, fikir ayrılıqlarını dərinləşdirir və İsrailin təhlükəsizliyinə tarixi ikipartiyalı dəstəyi ciddi şəkildə sarsıdır”.
Nizami Bağırov