Xəbər lenti

Yeni tanışın adını necə yadda saxlamalı: Mütəxəssisdən təkliflər
Dünya12:28 30.09.2019

Yeni tanışın adını necə yadda saxlamalı: Mütəxəssisdən təkliflər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çox vaxt insanlar yeni tanışlarının adını unutduqlarına görə xoşagəlməz vəziyyətə düşürlər. 
Qaynarinfo xəbər verir ki, tez-tez qarşıya çıxan bu hallardan yaxa qurtarmaq üçün yaddaş üzrə amerikalı mütəxəssis Çester Santos çıxış yolu göstərib. O, yaddaşın yaxşılaşdırılmasına və ətrafdakı insanların adlarını xatırlamağa kömək edəcək texnikadan istifadə etməyi təklif edib.
Ekspertin fikrinə görə, bu sahədə uğur qazanmaq üçün bir neçə sadə qaydaya əməl etmək vacibdir:
- İlk görüşdə yeni tanışın adını bir neçə dəfə təkrarlamaq lazımdır. Məsələn: "Con, sizinlə tanış olmaq xoş oldu";
- Santos bundan başqa, assosiasiyaları möhkəmləndirmək üçün cümləni başlayan kimi yenə yeni tanışın adını çəkməyi təklif edir. Məsələn: "Hə, Con, necəsən?”;
- Yeni ad hansısa çoxdankı tanışınızın, yaxud məşhur bir şəxsin adını xatırladırsa, onu yadda saxlamaq daha asan olacaq, məsələn, yeni tanışınız məşhur Con Lennonla adaşdırsa;
- Və nəhayət, sağollaşarkən yenə də təzə tanışın adını təkrar etməlisiniz. Məsələn: "Hələlik, Con!”
Santos əmindir ki, bütün bu tövsiyələrə əməl etsəniz, ilk cəhddən yeni tanışın adını xatırlamaq şansınız xeyli artacaq.