Xəbər lenti

“Yeni təlim proqramı”: Hər 120 gündən bir 120 min Ukrayna əsgərinə təlim...
Dünya16:15 17.06.2022

“Yeni təlim proqramı”: Hər 120 gündən bir 120 min Ukrayna əsgərinə təlim...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Boris Conson Ukrayna prezidenti Volodimir Zelenskiyə bildirib ki, Böyük Britaniya Ukrayna silahlı qüvvələrinə təlim keçmək üçün böyük əməliyyat keçirməyə hazırdır.
Qaynarinfo "Guardian”a istinadən xəbər verir ki, baş nazir Zelenskiyə Böyük Britaniyanın hər 120 gündən bir 120 minə qədər hərbçiyə təlim keçə biləcəyini deyib.
Bildirilir ki, Ukrayna bu təklifi qəbul edərsə, proqrama beynəlxalq tərəfdaşlar cəlb olunacaq.
"Mənim bugünkü səfərim, bu müharibənin ortasında, Ukrayna xalqına aydın və sadə bir mesaj göndərməlidir: Britaniya sizinlədir və siz qalib gələnə qədər biz sizinlə olacağıq. Ukrayna əsgərləri ölkənizin suverenliyini müdafiə etmək üçün Britaniya raketlərini atdıqda, bunu bizim təbii qəbul etdiyimiz azadlıqları müdafiə etmək üçün edirlər. Buna görə də mən prezident Zelenskiyə bu müharibədə qüvvələr balansını dəyişdirə biləcək yeni böyük hərbi təlim proqramını təklif etdim”, - Conson bildirib.
İyunun 17-də Böyük Britaniyanın baş naziri Boris Conson ikinci dəfə elan olunmamış səfərlə Kiyevə gəlib.
"Sky News”un məlumatına görə, Conson son anda Donkasterdəki böyük konfransda iştirak etməkdən imina edərək təşkilatçılara "üzrlü səbəbi" olduğunu söylədi.
Nizami Bağırov