Xəbər lenti

Yeni transferdən het-trik,
İdman 21:12 27.06.2026

Yeni transferdən het-trik, "Qarabağ"dan darmadağın

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə ilk yoxlama oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gəlib.

"In Gernot Langes" stadionunda, Bakı vaxtı ilə saat 19:00-da start götürən matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:0. "Köhlən atlar"ın heyətində Zakariya Savo het-trik edib, digər qolu Kamili Duran vurub.

Xatırladaq ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3.
--> -->