Xəbər lenti

Yeqor Şerbakovun sevgilisi DANIŞDI
Dünya07:48 01.11.2013

Yeqor Şerbakovun sevgilisi DANIŞDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda öldürülmüş yerli sakin Yeqor Şerbakovun sevgilisi Kseniya Popova şahid qismində istintaq hərəkətində iştirak edib.

APA-nın Rusiyanın NTV telekanalına istinadən verdiyi məlumata görə, K. Popova oktyabrın 31-də Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birlikdə hadisə yerinə gedib. O, hadisənin necə baş verdiyini və Orxan Zeynalovun Y. Şerbakovun ürəyinə bıçaq zərbəsini necə vurduğunu müstəntiqlərə təsvir edib.
 
Orxan Zeynalovun hadisə yerinə aparılıb-aparılmayacağı barədə məlumat verilmir.
 
Qeyd edək ki, O. Zeynalov məhkəmədə verdiyi ifadədə Y. Şerbakovu qətlə yetirmədiyini söyləyib.

Qaynar.info