Xəbər lenti

Yer altında möhtəşəm qəsəbə - FOTOLAR
Dünya04:39 29.11.2014

Yer altında möhtəşəm qəsəbə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstraliyanın Kuber Pedi qəsəbəsi dünyada nəqliyyatın ən çətin hərəkət etdiyi yerlərdən biridir. İlk baxışdan burda yaşamağa qərar verməyin ağılsızlıq olduğunu düşünmək olar. Amma 1915-ci ildə burda opal kimi qiymətli daş ehtiyatlarının tapılması insanların qəsəbəyə marağının səbəblərini izah edir.
İlk olaraq bura opal mədənlərində çalışanlar yerləşib. Daha sonra onlar yüksək tempraturda yaşaya bilmədiklərindən qəsəbəni yerin altında qurmağa başlayıblar. 
100 il sonra - 2014-cü ildə Kuber Pedi turistlər üçün vazkeçilməz məkanlardan biridir. İqtisadi cəhətdən inkişaf etmiş 2 min nəfərlik qəsəbənin yarısı yer altında yerləşir.
Qeyd edək ki, Avstraliya dünyadakı opal ehtiyatlarının 95 faizinə sahibdir. Kuber Pedi isə bu qiymətli daşın çıxarıldığı yerlərin ürəyi hesab olunur.
Qaynar.info