Xəbər lenti

Yer altının cənnəti (FOTOLAR)
Dünya11:31 10.03.2020

Yer altının cənnəti (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstraliyanın Kuper Pedi qəsəbəsi görənləri valeh edir. Mədən tunellərindən inşa edilən qəsəbə yer altında ayrı bir dünyadır.
Bu gün Kuber Pedi dünyanın yeraltı paytaxtı hesab edilir. Qəsəbənin 2 minə yaxın sakini var. Bölgədə orta temperatur +43 dərəcədir. Yer altında bir biri ilə əlaqələndirilmiş 500 ev var. Xaricdən adi yaşayış yeri kimi görünən Kuber Pedinin daxili müasir şəkildə dizayn edilib.
Mağarada bir çox mağaza, kilsə, muzey, sənət qalereyası və hətta hotel belə var. Yeraltı qəsəbəyə gözəllik verən digər bir şey isə tərkibində silisium dioksid olan daşlardır. Müxtəlif zinət əşyalarının da hazırlanmasında istifadə edilən bu daşın bəzi növləri göy qurşağı rənglərini əks etdirir.