Xəbər lenti

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur
Dünya19:46 24.03.2024

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 24-də Yerdə çox güclü maqnit qasırğası müşahidə olunur.
"Report” xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (TGİ) kosmik hava durumu monitorinqi bildirib.
"Maqnit qasırğası davam edir”, – TGİ diqqətə çatdırıb.
Yerin maqnit sahəsindəki sapma indi G4 səviyyəsinə çatıb (bu, beş indikatorlu monitorinq şkalasında "çox güclü” deməkdir, G5 "son dərəcə güclü”, G1 isə "zəif”dir).
Bu səviyyədəki maqnit qasırğası Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozuntular, habelə peyk və radiotezlik naviqasiyasında bir neçə saatlıq fasilələrə yol aça bilər.