Madridin Komplutense Universitetinin ispan alimləri 2024-cü ilin sentyabr-noyabr aylarında Yerin müvəqqəti peykinə çevriləcək 2024 PT 5 asteroidini kəşf ediblər.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Research Notes of the AAS” (RNAAS) elmi jurnalında dərc olunub.
Əvvəlki müşahidələr göstərib ki, bir çox asteroidlər planetimizin ətrafında elliptik trayektoriyalara düşür və bir müddət orada qalır.
Yeni işdə astronomlar bu ilin avqustunda Yer üçün potensial təhlükəli olaraq aşkar edilmiş kiçik obyekti araşdırıblar. Hesablamalara görə, asteroid planeti təhdid etmir. Lakin o, Yerin cazibə qüvvəsi ilə tutulacaq qədər yaxınlaşacaq.
Alimlərin tapıntılarına görə, 2024 PT 5 sentyabrın sonunda hərəkətə başlayaraq, noyabrın ortalarında Yerə yaxın kosmosu tərk edərək, 53 gün ərzində Yer ətrafında tam bir dövrəni tamamlayacaq.
Tədqiqatçılar onun mənşəyini də qiymətləndirə biliblər və kosmik qayanın Arjuna asteroid qurşağından gəldiyini aşkar ediblər. Astronomlar aydınlaşdırıblar ki, 2024 PT 5, görünür, kosmik zibil parçası deyil və təbii mənşəlidir.
Aydın
Şərhlər