Xəbər lenti

Yerə 3 UNO düşdü - VİDEO
Dünya10:57 19.05.2014

Yerə 3 UNO düşdü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin şimal–şərqindəki Heilonqjianq əyalətində yerə 3 naməlum obyekt düşüb.

Qaynar.info axar.az-a istinadən xəbər verir ki, bu gün yerli vaxtla 6:00-da kəndlilər gurultu səsi eşidiblər. Səsdən sonra naməlum obyektin yandığını və Mençanq (Menchang) kəndindəki əkin sahəsində yerə çırpıldığını görüblər. Yerli sakinlər obyektin şəkil və videolarını çəkməyə də nail olublar. Cismin dairəvi formada olduğu və üstünün metal zirehlə örtüldüyü bildirilir.

Hadisədən sonra yaxınlıqda yerləşən Baiquan kəndinə də birincisinə bənzəyən 2 cihaz düşüb. Çin telekanalları UNO-ların ölçüsünün 70 sm, çəkisinin 40 kiloqram olduğunu deyir. Obyektlərin düşdüyü hər 3 yerdə təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma başlanılıb.

Qaynar.info