Xəbər lenti

Yerevanda qiyamçıların qohumlarının həbsləri başladı
Dünya20:00 23.07.2016

Yerevanda qiyamçıların qohumlarının həbsləri başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yerevanda qiyamçıların zəbt etdikləri polis idarəsinin binasından bu gün son girovları sərbəst buraxmalarından sonra onların yaxınlarının həbsləri başlayıb.

Virtualaz.org xəbər verir ki, «Təsis parlamenti» ictimai təşkilatının fəalı Ani Navasardyan kütləvi iğtişaşlara çağırışda şübhəli bilinərək saxlanılıb. Xatırladaq ki, iyulun 20-də Ermənistan paytaxtında polislə nümayişçilər arasında qarşıdurma olmuşdu.

«Navasardyan ifadə verməkdən imtina edib», - vəklil Stepan Voskanyan jurnalistlərə belə deyib.

Qeyd olunur ki, Navasardyan silahlı qrupun üzvlərindən biri Smbat Barsegyanın dayısı qızıdır.

Qaynarinfo.Az