Xəbər lenti

Yeri nüvə silahı ilə asteroidlərdən qorumaq olar - Alimlər
Dünya14:17 23.12.2023

Yeri nüvə silahı ilə asteroidlərdən qorumaq olar - Alimlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lourens Livermor Milli Laboratoriyasının amerikalı tədqiqatçıları Yer üçün təhlükəli olan asteroidə nüvə zərbəsinin nəticələrini simulyasiya ediblər. Onlar belə qənaətə gəliblər ki, bu üsul planeti kosmosdan gələn təhlükələrdən qorumaqda təsirli ola bilər. 
Qaynarinfo xəbər verir ki, alimlərin işinin nəticəsi "The Planetary Science Journal" (TPSJ) elmi jurnalında dərc olunub.
Kosmosda nüvə partlayışı Yerdəki oxşar hadisə ilə müqayisədə bəzi zərərli təsirlərdən məhrumdur, çünki havasız kosmosda enerjinin buraxılması zərbə dalğası yaratmır.
Simulyasiyalar göstərib ki, nüvə qurğusunun işə salınması onun yolunda gedən əksər materialları buxarlandıran yüksək enerjili rentgen şüaları yaradacaq.
Fiziklər belə bir nəticəyə gəliblər ki, asteroidin nüvə bombardmanı onun kinetik təsir nəticəsində əyilməsindən, yəni xüsusi kosmik gəmi ilə kosmik qaya vurmasından daha təsirli ola bilər. Əvvəllər oxşar üsul "Dimorf" asteroidinin trayektoriyasını dəyişdirən DART zondu ilə praktikada sınaqdan keçirilmişdi.
"Biz nüvə qurğusunu partlatacağıq və ya asteroidi yönləndirəcəyik, onu bütöv saxlayacağıq, lakin Yerdən idarə olunan itələməni təmin edəcəyik, ya da asteroidi məhv edəcəyik, onu planetə çatmayacaq kiçik, sürətlə hərəkət edən parçalara ayıracağıq", deyə tədqiqat müəllifi, fizik Mari Berkey bildirib.
Aydın